bazar ertəsi 13 aprel 2026 - 00:18
ABŞ və İsrail ilə İran arasında gərginlik fonunda müdafiə və təhlükəsizlik məsələləri hövzə fəaliyyətlərinin prioriteti kimi qeyd olunur

Hövzə / Elmi hövzələrin rektoru Ramazan ayında baş vermiş müharibə dövründə dini məktəblər və əyalət idarəetmə mərkəzlərinin geniş və dəyərli fəaliyyətinə toxunaraq vurğulayıb ki, hövzələrin hazırkı fəaliyyəti davam etdirilməlidir, lakin ABŞ və İsrailin İrana qarşı məcburi müharibəsi və İran xalqı ilə İslam döyüşçülərinin qəhrəmanlıqla müdafiəsi əsas prioritet olaraq qalmalıdır.

Hövzə Xəbər Agentliyinin  paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi 13 aprel 2026-cı il tarixində paytaxt Tehranda Vilayət adına elmi hövzənin idarəetmə mərkəzinin direktor və məsul şəxsləri ilə həmçinin “Bəlaği-Mubin” birləşmiş müharibə qərargahının iclasında çıxış edərək şəhid Ayətullah üzma Seyid Əli Xameneinin şəhadətinə toxunaraq bildirib ki, bu hadisə İran xalqı arasında fədakarlıq və ixlas ruhunun güclənməsinə səbəb olub.

Tehran şəhərinin sakinləri Ramazan müharibəsində möhtəşəm iştirak edib 

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü çıxışının davamında şəhər əhalisinin hər axşam meydanlarda iştirakı ilə bağlı qeyd edib ki, Tehran şəhəri İslam İnqilabının və ölkənin dayağıdır. O vurğulayıb ki, paytaxt sakinləri hövzə alimlərinin rəhbərliyi və idarəçiliyi ilə Ramazan ayında baş vermiş müharibədə yüksək fəallıq göstəriblər.

O bildirib ki, dini məktəblərin müəllimlər və tələbələri, məscidlərin axundları, həmçinin təbliğatçılar və xətiblər gecə yürüşlərində ölkənin müdafiəsində mühüm rol oynayıblar.

Hövzələrdə müqavimət ruhiyyəsi gücləndirilməlidir

Ayətullah Ərafi qeyd edib ki, Elmi hövzələr ruhanilər arasında müqavimət və fədakarlıq ruhiyyəsini daha da möhkəmləndirməlidir. O əlavə edib ki, hazırda hövzə fəaliyyətlərinin əsas prioriteti üçüncü məcburi müharibə və İslam İnqilabı ilə ölkənin müdafiəsidir.

Hövzələrin hazırkı fəaliyyəti davam etdirilməlidir

O, Ramazan müharibəsi dövründə dini məktəblərin və əyalət idarəetmə mərkəzlərinin fəallığını yüksək qiymətləndirərək vurğulayıb ki, hazırkı fəaliyyətlər davam etdirilməli, lakin ölkənin müdafiəsi prioritet olaraq saxlanılmalıdır.

Hamı vilayəti-fəqihə itaət etməlidir

Ayətullah Ərafi çıxışının digər hissəsində Tehran şərində fəaliyyət göstərən bəzi elmi mərkəzlərin uğurlarını qeyd edib və bu nailiyyətlərdə idarəetmə mərkəzinin rolunu yüksək qiymətləndirib.

O sonda vurğulayıb ki, İran xalqının Ramazan ayında baş vermiş müharibədə qazandığı uğurlar şəhid rəhbər Seyid Əli Xameneinin uzaqgörən siyasətinin nəticəsidir və buna görə də hamı vilayəti-fəqihə itaət etməlidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha